Sürücünün bu hərəkəti dəhşət saçdı: İki sürücü ölümlə üz-üzə qaldı - VİDEO

Bir sürücünün kobud səhvi digər sürücülərə ölüm təhlükəsi yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə anının görüntüsü nəzarət kamerasına düşüb. Sola dönən "Mercedes" markalı avtomobilin sürücüsü qarşıdan gələn avtomobillərə yol vermədən hərəkətə başlayıb. "VAZ" markalı avtomobilin sürücüsü qəzaya düşəcəyini görən anda dərhal istiqamətini dəyişib. Sürücünün peşəkarlığı nəticəsində hadisə qəzasız ötüşüb. Üstünlüyə malik olan hər iki avtomobilin sürücüsü qaydanı pozan sürücün dayandıraraq ona iradlarını bildiriblər.
Belə qayda pozanlara təəssüf ki, tez-tez rast gəlirik. Təhlükə yaranan zaman həmin sürücülər etdikləri hərəkətin səhv olduğunu da qəbul etmək istəmirlər. Əksinə, "ölüm-itim olmadı ki", "yol versən nə olar ki" - deyərək özlərinə haqq qazandırmağa çalışırlar. Lakin düşünmürlər ki, yol terroru məhz bu cür qayda pozuntularının törədilməsi səbəbindən baş verir.
Könül
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












