Sürücünün və sərnişinlərin həyatını təhlükəyə atan "Bolt" sürücüsü cərimələndi - VİDEO
Qaydalar
10 Mart 2023 16:00

Bakıda qəza şəraiti yaradan taksi sürücüsü cərimələndi. Avtosfer.az xəbər verir ki, “Bolt” taksi şirkətinə məxsus 77-BC-985 qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü fevralın 24-də, paytaxtın Həsən Əliyev küçəsində iki dəfə manevr qaydasını pozub. Belə ki, sürücü svetoforun qarşısında sol zolağa yerdəyişmə etməyə çalışan zaman görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Daha sonra yenidən sol zolağa keçərək qəza şəraiti yaradıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən Avtosfer.az-a verilən məlumata görə, xətanı törədən 1978-ci il təvəllüdlü Mehrəliyev Rövşən Qalib oğlu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilib.
Leyla
Oxunub : 1712
DİGƏR XƏBƏRLƏR
23 Noyabr 2026 18:00
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
23 Noyabr 2026 16:00
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
23 Noyabr 2026 15:48
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
23 Noyabr 2026 15:00
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
23 Noyabr 2026 10:00
Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO
23 Noyabr 2026 09:00
Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib - VİDEO
20 Noyabr 2026 20:45
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO
20 Noyabr 2026 16:00
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
20 Noyabr 2026 11:15
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO
20 Noyabr 2026 10:48
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
20 Noyabr 2026 10:30
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA
19 Noyabr 2026 17:30
Bütöv xətləri heçə sayıb ən sağ zolaqdan ən sola keçdi - 77-NV-052 - VİDEO
ŞƏRH YAZ












