Sürücüyə yazılmış "gülməli" protokolu DYP ləğv etdi - YENİLƏNİB - FOTO

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb: "Məsələ tərəfimizdən araşdırılıb və texniki xəta aradan qaldırılıb".
******
Bakı-Sumqayıt yolunda qayda pozan sürücünün cəriməsi başqa şəxsin adına tərtib olunub. Avtosfer.az xəbər verir ki, Samir Qurbanov adlı sürücü başına gələn hadisəni sosial şəbəkədə paylaşıb. O bildirir ki, qayda pozuntusunu törədən tamam başqa avtomobil və başqa sürücüdür: “Cərimənin qeydə alındığı zaman mən işdə olmuşam. Protokola əlavə edilmiş fotodakı avtomobil 90-LO-725 qeydiyyat nişanlı “Daewoo” markalı avtomobildir. Mənim avtomobilin nömrəsi isə 99-LD-725 qeydiyyat nişanlı “KIA” markalı avtomobildir. Nömrələrimiz oxşar olduğu üçün cərimə səhvən mənim adıma tərtib edilib. Hətta protokola mənim avtomobilimin də fotosunu əlavə ediblər. Amma maşınımın qayda pozulan yerdə şəkli yoxdur” – deyə sürücü bildirib.
Leyla

Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












