Şüşəyə "Qarabağ qazisi" yazan sürücü nömrələri çıxarıb görün nə etdi - FOTO

Bakıda nömrəsiz avtomobili idarə edən sürücü kameraya tuş gəlib. Avtosfer.az xəbər verir ki, fotolar yanvarın 27-də, paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Belə ki, “Naz Lifan” markalı avtomobilin arxa şüşəsindəki əlil tanınma nişanına "Qarabağ qazisi" yazan sürücü, ön və arxa qeydiyyat nişanlarını çıxararaq, yerinə “QARABAĞ” adını təhkim edib.
Çox təəssüf ki, bu cür hallarla tez-tez qarşılaşırıq. Müharibə veteranları nömrələri çıxarmaqla məsuliyyətdən yayınmağa çalışırlar. Bunun doğru addım olmadığı hamıya məlumdur. Lakin insanlar belə hallarda qazilərə haqq qazandıraraq “yaxşı edirlər, onlara hər şey olar” – deyirlər. Ancaq sükan arxasında olan qazi bu fikirləri səsləndirən şəxsi və ya onun yaxınlarını vurub xəsarət yetirsə “dövlət hara baxır, bunlara niyə nəzarət edən yoxdur” – deyərək irad bildirməyə başlayacaqlar.
Torpaq uğrunda döyüşmək, torpaqları qorumaq hər bir azərbaycanlının vətən borcudur. Hər iki Vətən Müharibəsində çox sayda iştirakçılar, qazilər, veteranlar olub. Onların hamısı avtomobilin nömrəsini çıxarsa, yolda qayda pozsalar və ya bu şeylərdən istifadə edib digər qanun pozuntuları törətsələr ölkədə xaos yaranar. Biz ölkəmizin inkişafını, müasirləşməsini istəyiriksə, qanunun aliliyinə hörmətlə yanaşmalıyıq.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













