Taksi sürücüləri üçün YENİ TƏLƏBLƏR - Sabahdan qüvvədədir

Sabahdan taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir. APA-nın xəbərinə görə, bu, “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanuna əsasən xüsusi hazırlığın təşkili və keçirilməsi Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Peşə Təhsili üzrə Dövlət Agentliyi qismində Elm və Təhsil Nazirliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin ediləcək. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan sənəd veriləcək. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı imzaladığı 18 avqust 2023-cü il tarixli fərmana əsasən, taksiylə sərnişin daşımalarına dair yeni tələblərin pozulmasına görə cərimələr və məhdudiyyətlər 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












