Təcili yardıma yol verməyən sürücülərə hansı cəza verilir? - QAYDALAR
Qaydalar
6 Avqust 2021 14:35

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu təcili tibbi yardım maşınına yol verməyən sürücülərlə bağlıdır. Bəzən təcili yardım avtomobilləri tıxacda qalır və digər sürücülər onun dayanmadan hərəkətinə imkan yaratmır. Hətta tıxac olsa belə ambulans maşınlarına yol verməyən sürücülərə rast gəlinir.
Bəs görəsən, ölkə qanunvericiliyinə görə, təcili yardım avtomobillərinə yol verməyən sürücülərə hansı cəza tətbiq edilir?

Rubrikamızın sualına ekspert Elməddin Muradlı aydınlıq gətirib. O bildirib ki, həmin sürücülərə cərimə nəzərdə tutulsa da, bu mexanizm çox zəifdir: “Azərbaycanda operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər üçün 100 manat və 3 bal cərimə nəzərdə tutulur. Amma bu qaydaların tətbiqi mexanizmi çox zəifdir. Yol polisinin görmədiyi yerlərdə bəlkə də onlarla belə pozuntu olur. Səs siqnalı qoşduğu halda hətta yol patrul xidməti avtomobilinə də yol verməyən sürücülər olub. Son zamanlar isə təcili tibbi yardım maşınına yol vermə mədəniyyəti yaxşıya doğru gedir. Ancaq həm yol infrastrukturu, həm də bəzi intizamsız sürücülər hələ də bu irəliləyişə mane olurlar.

Bəzən yolların 1 zolaqlı olması, qarşı hərəkət zolağına keçməyin mümkün olmaması da TTY maşınlarının dayanmadan hərəkətinə əngəl yaradır. İntizamsız sürücülər də çox vaxt görürsən ki, 2 zolaqlı yolu 3-4 zolaqlı yola çeviriblər. Belə pozuntuya ən çox taksi sürücüləri yol verir. Zolaqların sayının süni şəkildə qanunsuz artırılması isə TTY, yanğınsöndürmə, polis maşınları və digər operativ nəqliyyat vasitələrinin hərəkətinə mane olur”.
Oxunub : 4268
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 19:40
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 18:37
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
23 Oktyabr 2026 16:30
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 16:00
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
23 Oktyabr 2026 10:00
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
23 Oktyabr 2026 09:00
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
22 Oktyabr 2026 18:00
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
22 Oktyabr 2026 17:00
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
22 Oktyabr 2026 15:18
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
22 Oktyabr 2026 09:00
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
21 Oktyabr 2026 17:00
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
21 Oktyabr 2026 14:30
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
ŞƏRH YAZ














