Toy karvanında"avtoşluq": 2300 manatlıq cərimə - DİN-dən AÇIQLAMA - VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, sözügedən görüntülər təxminən 3 il əvvəl Zaqatalada lentə alınıb. Videoda görüntülənən “VAZ-2106” və “VAZ-2115” markalı avtomobillər isə bu müddət ərzində ayrı-ayrı şəxslərə satılıb. İnzibati Xətalar Məcəlləsinin 38-ci (müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə ) maddəsinə əsasən hazırda həmin inzibati xətanı törədən şəxslər barəsində inzibati tənbeh tədbirinin görülməsi mümkün deyil.
Bir daha sürücülərdən xahiş və tələb olunur ki, yol-hərəkəti qaydalarının, ictimai asayişin pozulmasına yönələn hərəkətlərdən çəkinsinlər, özlərinin və digər hərəkət iştirakçılarının sağlamlığına biganə yanaşmasınlar.
***
Toy karvanında avtoxuliqanlıq edən sürücülərin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisənin rayonların birində baş verildiyi bildirilir. Belə ki, 99-BM-915 qeydiyyat nişanlı “VAZ 2115” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini qəfil sürətləndirməklə təkərlərin yol səthində sürtünməsi səsləri çıxarıb və asfalt örtüyündə çoxsaylı təkər izləri buraxıb. Həmçinin 62-BB-094 qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilin sürücüsü əl əyləci vasitəsilə nəqliyyat vasitəsini dəfələrlə fırladaraq şou göstərib. Eyni zamanda arxa qeydiyyat nişanının üzərini bağlayaraq görünməsini məhdudlaşdırıb.
Leyla
Başqasını qayda pozmaqda ittiham edən sürücü özü qayda pozdu - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükəli anlar yaşatdı - VİDEO
Sağ zolaqdakı maşını görməzdən gəlib qəza şəraiti yaratdı - VİDEO
Maşını yolun ortasında park edən sürücü hərəkəti çətinləşdirdi - VİDEO
Mərdəkanda öz qaydalarını işə salan sürücü iki dəfə qəza təhlükəsi yaratdı - VİDEO
Nişanı saymayan sürücü motosikletin yolunu kəsib təhlükə yaratdı - VİDEO
Motosikletçi qəza şəraiti yaradan “Prius” sürücüsünə görün nə dedi - VİDEO
Zolağını dəyişməyə çalışan sürücü qarşıdakı maşına çırpıldı - VİDEO
Sürücülər tərsinə quraşdırılmış nişana görə məsuliyyətə cəlb edilir - FOTO
Qoşa xətti heçə sayıb iradı cavabsız qoymayan sürücü CƏZALANDIRILDI - VİDEO
Avtobusun arxasından qəfil çıxan sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












