Üç dəqiqə ərzində iki dəfə qayda pozan “Prius” sürücüsü cəzalandırıldı - VİDEO

Abşeronda üç dəqiqə ərzində iki dəfə qayda pozan “Toyota Prius” markalı avtomobilin sürücüsü barəsində protokol tərtib edilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.
O bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər tərəfimizdən araşdırılıb:
“Yol hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan “Toyota Prius” markalı 01-CF-350 dövlət nömrə nişanlı avtomobilin sürücüsü DYP əməkdaşları tərəfindən müəyyən olunub. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1 maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) protokol tərtib edilib. Protokola əsasən sürücüyə 40 AZN cərimə tətbiq olunub”.
Qeyd edək ki, bir neçə gün öncə axşam saatlarında çəkilən kadrlardan aydın görünür ki, 01-CF-350 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsü Masazır dairəsində bir neçə dəfə qayda pozuntusuna yol verib. (oxu.az)
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












