Xırdalanda 1 manatlıq taksi sürücüsü 100 manatlıq qayda pozdu - VİDEO

Taksi sürücüsü bir manat pul qazanacaq deyə yüz manatlıq qayda pozdu. Görüntülər Xırdalan şəhərində qeydə alınıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, oktyabrın 11-də Xırdalan şəhəri Heydər Əliyev prospektində hərəkət edən 77-BG-915 qeydiyyat nişanlı "Honda" markalı avtomobilin sürücüsü öncə qoşa xəttin üzəri ilə hərəkət edərək avtomobilləri ötməyə başlayıb. Daha sonra yolda sıxlığın olduğunu görərək ayırıcı zolağın əks tərəfinə keçib və qarşıdan gələn maşınların üzərinə hərəkət edərək onlara təhlükə yaradıb.
Sosial şəbəkələrdə qayda pozan sürücülərin videoları yayılarkən bəzi insanlar onlara don geyindirərək "bəlkə xəstəsi var", "bəlkə tələsir" - kimi məşhur ifadələri işlədirlər. Lakin qeyd etmək istəyirik ki, bu cür xətaları törədən sürücülərin 90 faizi heç yerə tələsmir. Sadəcə olaraq qayda pozuntusu törətmək onların həyat tərzinə çevirilib.
Təqdim etdiyimiz görüntüdəki sürücü kimi: 1 manat pul qazanacaq deyə bir neçə dəfə qayda pozdu.
Fərid
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO












