Xırdalanda marşrut sürücüləri yarışa çıxıb "avtoş"luq etdi - Həyəcan təbili çalınmalıdır! - VİDEO

Xırdalanda yarışa çıxan marşrut sürücüləri hərəkət iştirakçılarına təhlükəli anlar yaşadıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 17-BF-332 və 50-DO-612 qeydiyyat nişanlı marşrut avtobuslarının sürücüləri oktyabrın 12-i Xırdalan şəhəri Heydər Əliyev prospektində yarışa çıxıb. 17-BF-332 nömrəli avtobusun sürücüsü qapısı açıq vəziyyətdə, 50-DO-612 nömrəli mikroavtobusun sürücüsü isə əks istiqamətli zolağa çıxaraq yarışıblar. Bu zaman qarşıdan gələn sürücülərin və avtobusdakı sərnişinlərin həyatı risk altında olub.
Avtobuslar bir-birinə yaxın hərəkət etdiyi üçün sonda yüngül toqquşma da baş verib.
Qeyd edək ki, sürücülərin bu əməli İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə qiymətləndirilməlidir. Çünki həmin maddədə yazılıb ki, nəqliyyat vasitəsinin sürücüsü ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verirsə avtoxuliqanlıq etmiş hesab olunur. Qeydə alınmış videodan da aşkar şəkildə görünür ki, onlar əks yoldan gələn sürücülərə qarşı yönəlmiş qərəzli hərəkətlərə, o cümlədən sərnişinlərin həyatını riskə ataraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlərə yol veriblər.
Çox təəssüf edirik ki, Xırdalan şəhərində fəaliyyət göstərən marşrut sürücülərinin özbaşınalığı ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) heç bir tədbir görmür. Buna görə də məsuliyyətdən və diqqətdən kənarda qalan sürücülər istədikləri kimi hərəkət edərək insanların həyatını təhlükəyə atır.
Təbriz
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO











