Xırdalanda "ölümlə zarafat edən" marşrut sürücüsü - VİDEO

Xırdalan şəhərində təhlükəli anlar yaşadan avtobus sürücüsünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, 596 saylı xətt üzrə fəaliyyət göstərən 90-LR-327 qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü oktyabrın 6-da Heydər Əliyev prospekti ilə hərəkət edən zaman svetoforun qırmızı işığında dayanmayıb. Belə ki, o, Mehdi Hüseynzadə küçəs ilə hərəkət edən avtomobillərin qarşısına çıxaraq onlara təhlükəli anlar yaşadıb. Görüntünü qeydə alan sürücü dayanaraq qəzanın baş verməsinin qarşısını alıb.
Avtosfer.az-ın araşdırmasına görə həmin avtobusun mülki məsuliyyətinin icbari sığortası da yoxdur. Bu cür səhlənkarlıq və məsuliyyətsizlik edən sürücülər qəza anından sonra qarşı tərəfin avtomobilini düzəltdirməyə də imkanı olmur. Nəticədə zərəçəkmiş şəxs məhkəməyə şikayət etməmək üçün öz vəsaiti hesabına avtomobilini düzəltdirir.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti həmin sürücü barəsində ciddi tədbir görəcək.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












