Xırdalanda "ölümlə zarafat edən" sürücü SAXLANILDI - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli Avtosfer.az-a məlumat verərək bildirib ki, Xırdalan şəhəri Heydər Əliyev prospektində svetoforun qırmızı işığında hərəkət edən avtobus sürücüsünün kimliyi müəyyən edilib: "Görüntülərə baxış keçirərəkən 90-LR-327 qeydiyyat nişanlı "İveco" markalı marşrut avtobusunun qayda pozuntusu öz təsdiqini tapdığından, sürücü Musayev Zahir Sahib oğlu barəsində Abşeron rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 60 manat cərimə tətbiq olunub".
Xatırladaq ki, Xırdalan şəhərində təhlükəli anlar yaşadan avtobus sürücüsünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, 596 saylı xətt üzrə fəaliyyət göstərən 90-LR-327 qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü oktyabrın 6-da Heydər Əliyev prospekti ilə hərəkət edən zaman svetoforun qırmızı işığında dayanmayıb. Belə ki, o, Mehdi Hüseynzadə küçəs ilə hərəkət edən avtomobillərin qarşısına çıxaraq onlara təhlükəli anlar yaşadıb.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












