Yanacaq doldurub çıxan sürücü qəza şəraiti yaratdı - VİDEO

Bakıda qəza şəraiti yaradan sürücünün hərəkətləri avtomobildəki kameraya düşüb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 99-VY-409 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü avqustun 2-i paytaxtın Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsindən hərəkətə başlayarkən görüntünü qeydə alan avtomobilə yol verməyib. Təhlükənin yarandığını görən sürücü sola manevr edərək qəzadan yayına bilib.
İkinci dərəcəli yoldan hərəkətə başlayan sürücülərin yol verməməsinin demək olar ki, hər gün şahidi oluruq. Onların bu hərəkəti üstünlüyə malik olan sürücünün tormoz verib istiqamətini dəyişməsinə səbəb olur. Hərəkətə mane olduqları üçün irad bildirdikdə isə "görürsən gəlirəm yol ver", "yol versən nə olardı ki?" - kimi ifadələr işlədərək özlərinə haqq qazandırırlar. Qəza olanda isə "qismət belə imiş", "kişinin başına iş gələr" - deyərək vəziyyətdən çıxmağa çalışırlar. Bu düşüncədə olan sürücülər "görürsən gəlirəm yol ver" ifadəsini işlətmək əvəzinə, özünü tərbiyə edərək "görürəm maşın gəlir, mütləq dayanmalıyam" - deməlidir.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna görə yanacaqdoldurma məntəqələrindən yola çıxan sürücü, bütün
nəqliyyat vasitələrinə yol verməlidir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












