Yol polisi bu şirkətləri 2000 manat cərimə edə bilər

Bəzi şirkətlər sahib olduqları avtomobilləri sürücülük hüququ olmayan şəxslərə idarə etmək üçün verirlər. Məsələn, hər hansı məhsulun daşınması zamanı çatdırılma işini yerinə yetirən şəxsin sürücülük vəsiqəsi olmur. Şirkət əlavə sürücü götürməkdən qənaət etmək istəyir. Nəticədə isə ciddi şəkildə cərimə oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
Yəni, hüquqi şəxs olan şirkət sahib olduğu nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verərəsə 2000 manat cərimə oluna bilər.
Orxan
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO
Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib - VİDEO
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA












