Yol polisi sürücüləri bu görüntülərə görə idarəyə çağıra bilərmi? – QANUN BELƏ DEYİR - VİDEO

Son zamanlar sürücüləri Dövlət Yol Polisi İdarəsinə, şöbə və bölmələrə çağırıb 5-10 gün əvvələ aid olan qayda pozuntularının videolarını göstərib cərimə edirlər. Bu barədə qaynar xəttimizə daxil olan çox saylı şikayətlərdə qeyd olunub.
Avtosfer.az-ın məlumatına görə, şikayətçilər iddia edir ki, DYP-dən zəng edib özlərini təqdim etmədən idarəyə və ya şöbəyə dəvət edən şəxslər, səbəb olaraq 5-10 gün əvvəlki qayda pozuntusunu vurğulayırlar. “Gəlin burada araşdıraq” sözü ilə üzləşən sürücülər “qayda pozmuşamsa cəriməni yazın ödəyəcəm” dedikdə isə “mütləq bura gəlmək lazımdır” cavabını eşidirlər. Belə hallarla bağlı Daxili İşlər Nazirliyinə şikayət edənlər də az deyil.
İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinə əsasən qayda pozuntularının qeydə alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin hamısı Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.
Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirdi ki, elektron qərar bir gün ərində informasiya sisteminə yerləşdirilməyibsə sürücü məsuliyyətdən azad olunur və 53-cü maddəyə əsasən, real vaxt rejimində elekton qərar qeydə alınmayıbsa bu həmin qərarın ləğv edilməsi üçün əsas ola bilər.
Hüquqşünas onuda qeyd etdi ki, belə hadisələr baş verən zaman İnzibati Xətalar Məcəlləsinin 53, 81, 121 və 122-ci maddələrinin tələbləri pozulur. Ona görə də bu qaydada məsuliyyətə cəlb etmək və dövlətin mülkiyyətində olan kameralardan bu yöndə istifadə etmək qanunsuzdur və sürücü barəsində tərtib olunan cərimələr ləğv olunmalıdır.
Sürücülərin hansısa qayda pozuntularına görə DYP-yə çağırılması halları da qanunda nəzərdə tutulmur. Yalnız vətəndaşın özü hansısa məsələ barədə DYP-yə müraciət edərsə araşdırma zamanı onu dəvət etmək olar. Digər hallarda qanun bunu qadağan edir.
Nurlan Sakitoğlu
Nərmin
Nişanı saymayan sürücü motosikletin yolunu kəsib təhlükə yaratdı - VİDEO
Motosikletçi qəza şəraiti yaradan “Prius” sürücüsünə görün nə dedi - VİDEO
Zolağını dəyişməyə çalışan sürücü qarşıdakı maşına çırpıldı - VİDEO
Sürücülər tərsinə quraşdırılmış nişana görə məsuliyyətə cəlb edilir - FOTO
Qoşa xətti heçə sayıb iradı cavabsız qoymayan sürücü CƏZALANDIRILDI - VİDEO
Avtobusun arxasından qəfil çıxan sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sürücü maşını ilə iki parklanma yerini tutdu – 10-YF-727 - FOTO
“Prius” sürücüsü əvvəl motosikleti sıxışdırdı, ardınca maşınları təhlükəyə atdı - VİDEO
Bu küçədə geniş səki sürücülərin daimi “dayanacağına” çevrilib - VİDEO
İkiqat qayda pozan sürücü yolda hamıya qəza şəraiti yaratdı - VİDEO
Gah sola, gah sağa keçən “Tesla” sürücüsü yol boyu təhlükə saçdı - VİDEO












