Yol polisinə tabe olmayan sürücü məhkəmədə haqlı çıxdı, amma... - FOTO - VİDEO

Bakıda qayda pozmayan sürücü yol polisi tərəfindən cərimələnib. Bu barədə sürücü Xəyyam Əsgərov Avtosfer.az-a şikayət ünvanlayıb. Onun sözlərinə görə, idarə etdiyi 99-UY-679 qeydiyyat nişanlı “Subaru” markalı avtomobillə iyunun 10-da paytaxtın İstiqlaliyyət küçəsində hərəkətdə olarkən icazə verilmiş zolaqdan sola-Azərbaycan prospektinə dönüb. Bu zaman yolun hərəkət hissəsində və dayanma durmanın qadağan edildiyi yerdə xidmət apartan yol polisi əməkdaşı ona saxla işarəsi verib: “Polis əməkdaşı qayda pozmadığım halda mənə saxla işarəsi verdiyi üçün, həm “Yol patrul xidməti” haqqında təlimatın, həm də “Yol hərəkəti haqqında” qanunun tələblərini pozub. Mən avtomobildən polis əməkdaşına səslənərək qayda pozmadığımı və buna görə də qadağan olunmuş yerdə saxlanılmağımın qanunsuz və təhlükəli olduğunu bildirdim. Lakin qarşıda məni digər yol polisi əməkdaşı dayandıraraq barəmdə İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə 3 bal 80 manat cərimə tətbiq etdi”.
Sürücü ona yazılmış protokolla razılaşmadığı üçün Yasamal rayon Məhkəməsinə müraciət edib. Sentyabr ayında keçirilən məhkəmə zamanı sürücünün şikayəti qismən təmin edilib və qərarın ləğv edilməsi tələb edilib. Sürücünün əməlində digər inzibati xətanın olub-olmamasının araşdırılması üçün iş yenidən baxılması üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilib. Sürücü X.Əsgərovun sözlərinə görə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin məsələ ilə bağlı heç bir araşdırma aparmadan qərarı yenidən qüvvədə saxlayıb.
Məhkəmə qeyd edir ki, əvvəla müəyyən edilməlidir ki, sürücü tərəfindən hansı yol hərəkəti qaydasının pozulması ilə bağlı yol polisi əməkdaşı tərəfindən ona saxla əmri işarəsi verilib. Əgər sürücü tərəfindən hər hansı inzibati xəta törədilmişdirsə bu halda onun əməlində həmin xətanın olub-olmaması araşdırılmalıdır. Yəni şəxsin əməlində yalnız İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinin tərkibinin olması qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, hər hansı hüquqi əsas olmadan sürücülərə saxla əmri verilməsi və əmrin yerinə yetirilməməsi heç bir inzibati məsuliyyətə səbəb ola bilməz.

.jpg)
.jpg)
.jpg)
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












