Yol polisini görən sürücü özünü itirib qayda pozdu - 3 bal 60 manat - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 24-də, paytaxtın Mikayıl Müşviq küçəsi ilə İzzət Nəbiyev küçəsinin kəsişməsində baş verib. Belə ki, 99-CL-334 qeydiyyat nişanlı “Honda” markalı avtomobilin sürücüsü yol polisinin gəldiyini görən zaman yolun hərəkət hissəsində dayanıb. O, görüntünü qeydə alan sürücünün yolunu kəsərək təhlükə yaradıb. Yol polsinin gözü qarşısında dayanmaqla guya qaydalara riayət edirmiş kimi göstərir, lakin bu situasiyada təm əksi olub. Sürücü dayanmaqla qaydaları pozmuş hesab olunur. Əvvəla qeyd edək ki, ikinci dərəcəli yoldan baş yola daxil olan sürücü, kəsişmə yerinin qarşısında dayanaraq yol verməlidir. Yolayrıcına daxil olaraq dayanmaq özü bir qayda pozuntusudur. Bunun cəriməsi isə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 60 manatdır.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












