Yol polisinin gözü qarşısında qayda pozan sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, paytaxtın Mikayıl Müşviq küçəsində yol hərəkəti qaydasını pozan 90-FN-002 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin görüntülərinə baxış keçirilib. Fakt öz təsdiqini tapdığına görə sürücü Zeynalov Aqil Vüqar oğlu idarəyə dəvət olunub və törətdiyi xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.
Xatırladaq ki, M.Müşviq küçəsi ilə hərəkət edən 90-FN-002 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü İ.Qutqaşınlı küçəsinə dönmək üçün yol patrul xidməti əməkdaşının gözü qarşısında bütöv xəttin tələbini pozaraq hərəkət edib.
Qeyd edək ki, M.Müşviq küçəsi ilə hərəkət edən sürücülərin sola- İ.Qutqaşınlı küçəsinə dönməsi qadağandır. Bu səbəbdən də sürücülər öncə sağa dönməli və 50 metr qarşıdan geriyə dönərək istədikləri istiqamətə hərəkət edə bilərlər.
Lakin bu sürücü sola dönmənin qadağan olduğunu görərək daha kobud qayda pozuntusuna yol verib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












