"Yola sığmayan" sürücü avtomobilini səkiyə sığdırıb yolu kəsdi - VİDEO

Avtomobilini piyada səkisində park edən sürücü insanların hərəkətini çətinləşdirdi
Avtosfer.az xəbər verir ki, hadisə bu gün Mətbuat prospektində qeydə alınıb. Saytımızın kamerasından yan keçməyən görüntüdən bəlli olduğu kimi 10-AS-882 dövlət nömrə nişanlı, “Mercedes AMG” markasına məxsus avtomobilin sahibi mövcud səkinin piyadalar üçün nəzərdə tutulduğunu bildiyi halda avtomobilini həmin hissəyə parklayıb. Birbaşa maşın yoluna baxan səkinin “məşğul olması” oradan keçən insanların hərəkətini çətinləşdirib.
Bildirmək istərdik ki, səki - piyadaların hərəkəti üçün nəzərdə tutulan hissədir. Bu səbəbdən nəqliyyat vasitələri yalnız onların durması üçün ayrılmış, müəyyən edilmiş qaydada işarələnmiş parklanma yerlərində saxlanılmalıdır. Hətta səkilərin kənarında durmağa icazə verilən hallarda belə, piyadaların hərəkətinə mane olmamaq tələbi qoyulub.
Qeyd edək ki, mövcud proses "Yol hərəkəti" haqqında qanunun 52-ci maddəsi “Dayanma və durma” qaydaları ilə nizamlanır. İnzibati Xətalar Məcəlləsinə əsasən, bu əmələ görə sürücü 20 manat məbləğində cərimə oluna bilər.
Nurlan Sakitoğlu
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












