Yolayrıcında "hoqqa verən" sürücülər - Tıxacı onlar yaradır - VİDEO

Bakıda yolayrıcını keçmə qaydasını pozan sürücülər hərəkəti məhdudlaşdırıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 30-da, paytaxtın Bakıxanov prospekti ilə İzmir küçəsinin kəsişməsində baş verib. Belə ki, 77-PS-102 qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin sürücüsü svetoforun sarı işığında yolayrıcına daxil olaraq sıxlıqda qalıb. Bu zaman İzmir küçəsi istiqamətinə gedən sürücülərin yolunu kəsərək hərəkəti məhdudlaşdırıb.
“Yol hərəkəti haqqında” qanunun 75-ci maddəsində qeyd olunub ki, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Çox təəssüf ki, sürücülər hələ də bu qaydanın tələbinə əməl etmirlər. Qarşıda tıxacın olması səbəbindən yolayrıcında qalacağını görən sürücülər svetorun son saniyəsində, hətta sarı işıqda yolayrıcına daxil olaraq hərəkət etməyə çalışırlar. Nəticədə yenə də hərəkətsiz vəziyyətdə qalaraq digər istiqamətdən gələn sürücülərin yolunu kəsirlər. Yolun ortasında qalıb digər istiqamətdən gələnlərin yolunu kəsməkdənsə, svetoforda 20-30 saniyə gözləmək daha gözəl olar. Bu qaydaya əməl olunsa yollarda tıxaclar yaranmaz. Sıxlığın və tıxacın yaranmasına səbəb məhz bu cür hallarda sürücülərin atdığı səhv addım olur.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












