Yolayrıcında sərnişin düşürən sürücü tıxac yaratdı - VİDEO

Qayda pozan sürücü avtomobilləri növbədə saxladı. Avtosfer.az xəbər verir ki, sosial mediada gündəmə düşən video, Səbail rayonunun Bünyad Sərdərovla İstiqlaliyyət kəsişməsində baş verib. Hadisədən göründüyü kimi yol ayrıcındakı piyada keçidindən öndə saxlayan “Nissan Sunny” markalı, 10-RD-043 dövlət nömrə nişanlı avtomobilin sahibi arxa tərəfdən gələn nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb.
Avtomobilini evinin həyətində park edibmiş kimi hiss edən “sürücü” ehmalca maşınından düşüb və bir anlıq avtomobilin ön hissəsindən çıxan yeniyetmə ilə ünsiyyətə başlayıb. “Söhbətdən” ayılan dayı maşının arxa qapısını açaraq öncə sənədi götürüb, daha sonra qadın və başqa yeniyetmə avtomobildən düşərək onun arxasıyca gediblər.
Maraqlı məqam isə dayımızın hələ də arxada düzülən avtomobilləri görməzdən gələrək maşının parklanmasına dəyişiklik etmədən məkandan uzaqlaşması olub.
Qeyd edək ki, qeydə alınmış yol pozuntusu İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsinə, əsasən 20 manat cərimə tətbiqinə gətirib çıxarır.
Nərmin Əkbər
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












