Yolayrıcında sərnişin düşürüb "əcəb edirəm" deyən sürücü cərimələndi - VİDEO

Dayanma-durma qaydalarını pozaraq tıxaca səbəb olan sürücü cərimələnib.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz hadisə paytaxtın İnşaatçılar prospektində qeydə alınıb. Kadrlardan məlum olduğu kimi, 90-TO-998 dövlət nömrə nişanlı, “İnfiniti QX-56” markalı avtomobilin sürücüsü maşını yolayrıcında saxlayaraq dəqiqələrlə nəqliyyat vasitələrinin irəliləməsinə əngəl yaradıb. Belə ki, avtomobildən düşən sərnişindən geri qalmayan sürücü yaranmış vəziyyətdən qəzəblənən həmkarlarının siqnal səslərinə məhəl qoymayıb. Son anda səbrləri tükənən sürücülər qayda pozan şəxsə iradlarını bildirsələr də cavabında “əcəb edirəm” ifadəsini eşidiblər.
Görüntülər yayıldıqdan sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsi araşdırmaya başlayıb. Məlum olub ki, xətanı 1958-ci il təvəllüdlü Qulamov Qabil İsabala oğlu törədib. O, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə 20 manat məbləğində cərimə edilib.
Nərmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












