Yolu kəsib özünə haqq qazandıran taksi sürücüsü cərimələndi - VİDEO

Paytaxtın Bakıxanov qəsəbəsində yolu kəsən taksi sürücüsü cərimələnib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Dayanma-durma qaydasını pozaraq yolu kəsən sürücü Musayev İlham Tofiq oğlu İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə 20 manat məbləğində cərimə edilib.
Bakıda dayanma-durma qaydasını pozan taksi sürücüsü yolu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə martın 9-da, paytaxtın Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb. Belə ki, “Yango” taksi şirkətinə məxsus 77-DL-475 qeydiyyat nişanlı “Honda” markalı avtomobilin sürücüsü sözügedən küçədə ikinci cərgədə dayanaraq yolu zəbt edib. Görüntünü qeydə alan sürücü irad bildirən zaman taksi sürücüsü “o tərəfdə yer var, sür də” deyərək özünü haqlı çıxarmağa başlayıb.
Qayda pozub təhlükə yaradan, dayanma-durma qaydasını pozub yolu kəsən və tıxac yaradan sürücülərə tez-tez rast gəlirik. Belə sürücülər hər zaman “tələsirəm”, “aptekə gedirəm”, “vacib işim var” – deyərək müxtəlif bəhanələr gətirirlər. Həmin sürücülərin bəhanələri heç vaxt bitmək bilmir. Sanki vacib işi olanlar yalnız bunlardır. Onlar özləri də yaxşı bilir ki, dedikləri sadəcə bəhanədir. Qayda pozmaqda məqsədləri isə rahatlıqlarını təmin etməkdir. Yəni 40-50 metr irəlidə və ya geridə dayanıb piyada yol getmək istəmirlər. Lakin düşünmürlər ki, tıxac yaradan zaman, yolu kəsən zaman həqiqətən vacib işi olan insanların yolunu kəsirlər.
Leyla
"Şəhid anası" yazılı avtomobillə qayda pozdu - ANBAAN VİDEO
Başqasını qayda pozmaqda ittiham edən sürücü özü qayda pozdu - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükəli anlar yaşatdı - VİDEO
Sağ zolaqdakı maşını görməzdən gəlib qəza şəraiti yaratdı - VİDEO
Maşını yolun ortasında park edən sürücü hərəkəti çətinləşdirdi - VİDEO
Mərdəkanda öz qaydalarını işə salan sürücü iki dəfə qəza təhlükəsi yaratdı - VİDEO
Nişanı saymayan sürücü motosikletin yolunu kəsib təhlükə yaratdı - VİDEO
Motosikletçi qəza şəraiti yaradan “Prius” sürücüsünə görün nə dedi - VİDEO
Zolağını dəyişməyə çalışan sürücü qarşıdakı maşına çırpıldı - VİDEO
Sürücülər tərsinə quraşdırılmış nişana görə məsuliyyətə cəlb edilir - FOTO
Qoşa xətti heçə sayıb iradı cavabsız qoymayan sürücü CƏZALANDIRILDI - VİDEO











