Yolu kəsib "qoçuluq" edən taksi sürücüsü cərimələndi - VİDEO

Bakıda yolu kəsən taksi sürücüsü cərimələnib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, “Uber” taksi şirkətinə məxsus 77-BN-933 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü paytaxtın Mikayıl Müşviq küçəsində dairəyə daxil olan zaman sol zolağa yerdəyişmə edib. Görüntünü qeydə alan sürücü təhlükə yarandığı üçün səs siqnalından istifadə edib. Bu zaman taksi sürücüsü onun yolunu kəsərək avtomobildən düşüb və onunla mübahisə etməyə başlayıb.
Video dərc edildikdən sonra yol polisi həmin sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər görüb. Nəticədə məlum olub ki, xətanı törədən sürücü 1976-cı il təvəllüdlü Verdiyev Şahin Vaqif oğludur. O, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilib.
Könül
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












