Yüksək sürət bizə nə qədər vaxt qazandırır?-ARAŞDIRMA - VİDEO

Sürücülərin əksəriyyəti elə düşünür ki, yüksək sürət zamana qənaət edir. Sürət həddini aşanda "tələsirəm" ifadəsi isə bəhanəyə çevrilib. Bəs görəsən həqiqətən də yüksək sürət bizə nə qədər vaxt qazandırır?
Saatda 80 km sürətlə hərəkət etdikdə 16 km-lik bir məsafəni 12 dəqiqəyə qət etmək olur. Bu sürətlə qəza riski çox aşağıdır. Amma cəmi 10 km/saat sürəti artırmaq bizə 2 dəqiqə vaxt qazandırır. Qəza riskini isə 2 dəfə artırır. Beləliklə, hər 10 km/saat sürəti artırdıqca qazanacağımız vaxt 1-2 dəqiqə arasında dəyişir. Amma qəza riski hər dəfə ikiyə vurulur. Saatda 50 km/sürət həddini aşanda isə cəmi 5 dəqiqə vaxt qazanmış oluruq. Amma 12 dəfə qəza riski artır.
Daha çox qəzalar sürət həddini aşanda baş verir. Təəssüf ki, sürücülərimiz xüsusilə magistral yollarda yüksək sürətə üstünlük verir. Boş yoldur deyib sürəti artırırlar. Amma düşünmək lazımdır ki, bu sizin həyatınız bahasına tamamlana bilər. Unutmayın ki, 5 dəqiqə tez çatmaq sizin həyatınızdan önəmli deyil.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb - VİDEO
Qaranlıq yolda tükürpədici hadisə: Piyada özünü təhlükəyə atdı - VİDEO
Yaşıl işıqda hərəkət etsəniz belə cəriməsi var: Piyadaların bilmədiyi incəlik
Düz xətti heçə sayan sürücü əks yola çıxıb maşınların yolunu kəsdi - VİDEO
Sürücü qırmızı işıq yanan kimi hərəkətə başladı - 67-BB-404 - VİDEO
Başqasını qayda pozmaqda ittiham edən sürücü özü qayda pozdu - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükəli anlar yaşatdı - VİDEO
Sağ zolaqdakı maşını görməzdən gəlib qəza şəraiti yaratdı - VİDEO
Maşını yolun ortasında park edən sürücü hərəkəti çətinləşdirdi - VİDEO












