«06» və «07» toqquşdu, 5 nəfər yaralandı - FOTO

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə Məmməd Əmin Rəsulzadə küçəsi ilə Atatürk küçələrinin kəsişməsində qeydə alınıb. Xaçmaz şəhər sakini, Abıyev Elmin Akif oğlunun idarə etdiyi 17 BA 805 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomaşın 10 FB 747 dövlət nömrə qeydiyyatlı “VAZ 2107” markalı maşınla toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Xaçmaz rayon sakinləri 1947-ci il təvəllüdlü Həşimova Züleyxa Baxış qızı, 1942-ci il təvəllüdlü Həşimov Rzaqulu Nəsibulla oğlu, 1968-ci il təvəllüdlü Səlimova Rəsmiyyə Şirin qızı, 2002-ci il təvəllüdlü Həşimova Kəmalə Asif qızı və 1965-ci il təvəllüdlü Süleymanova Sevda Rzaqulu qızıdır. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO


















