«07» qəza törətdi, hadisə yerindən qaçıb başqa maşını da vurdu

Jurnalist, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ağır avtomobil qəzası keçirib. Avtosfer.az-ın aznews.az-a istindən verdiyi xəbərə görə, Y.Məmmədli iki gün əvvəl, gecə saatlarında paytaxtın Nizami küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsində qəzaya düşüb. Y.Məmmədli faktı Lent.az-a təsdiqləyib. Bildirilir ki, yüksək sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomobil qırmızı işıqda keçərək, jurnalistin idarə etdiyi “BMW” markalı avtomobilə çırpılıb. Zərbədən “BMW” aşıb. Avtomobili yararsız hala düşsə də, Y.Məmmədli yüngül xəsarət alıb. Sonradan məlum olub ki, “VAZ 2107”-in sürücüsü bu qəzadan əvvəl, başqa qəza törədib və hadisə yerindən qaçırmış. Hadisədən sonra Yadigar Məmmədli təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
Polis təhqiqatçısı, Nəsimi Rayon Polis İdarəsi, 22-ci Polis Bölməsinin əməkdaşı Samir Ələkbərli aznews.az-a açıqlamasında avtomobil qəzası ilə bağlı avtoekspertizanın təyin olunduğunu deyib. Onun sözlərinə görə, hadisəni törədənin şəxsiyyəti də bəllidir: “Amma təhqiqat araşdırması getdiyindən kimin günahkar olmağını deyə bilmərəm. Təhqiqat bitəndən sonra mətbuata açıqlama vermək olar. Lakin indi bu barədə nəsə demək düz deyil”.
Qeyd edək ki, Y.Məmmədli qızının toyundan bir gün əvvəl qəzaya düşüb. Dünən baş tutan toyda Y.Məmmədli keçirdiyi qəzanı hamıdan gizlədib və xəsarətləri ola-ola məclisdə iştirak edib. O, müalicə aldığını və həyatı üçün hər hansı təhlükənin olmadığını deyib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO













