«07» süpürgəçi qadını vurdu

Gəncədə sərxoş sürücü avtomobillə Gəncə şəhər Təmizlik İdarəsinin işçisini vurub. Hadisə ötən gün axşam saatlarında, şəhərin Z.Hacıyev küçəsində baş verib. Gəncədən Samux rayonuna yüksək sürətlə hərəkət edən, 1978-ci il təvəllüdlü Samux rayon Zazalı kənd sakini Davud Doçenko idarəetməni itirərək avtomobili yolun kənarındakı barıya çırpıb. Daha sonra isə sürücü avtomobili əks istiqamətdə hərəkət etdirərkən yolda təmizlik işi aparan 1948-ci il təvəllüdlü Gəncə şəhər sakini, Təmizlik İdarəsinin işçisi Humay Musayevanı vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib ki, Davud Doçenko avtomobili idarə edərkən sərxoş olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












