«07» yük maşını ilə toqquşdu, 3 nəfər yaralandı
Qəzalar
15 Oktyabr 2014 12:02

Dönmə əməliyyatı zamanı yük maşını minik maşınını vurub
Bakının Nizami rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Babək prospektində qeydə alınıb. "Hyundai" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. İlkin məlumata görə, hər iki avtomobil Babək prospekti ilə "8-ci kilometr" qəsəbəsi istiqamətində hərəkət edirmiş. VAZ-2107 prospektdən sağa - məhəlləarası küçəyə dönən vaxt sağ tərəflə hərəkət edən yük maşını onu vurub. Nəticədə «VAZ-2107»-nin sürücüsü Anar Bayramov və iki sərnişini xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub : 1810
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ
















