“20 Yanvar” Cəmiyyətinin sədri avtoqəzaya düşüb

Cəlilabad rayonunda yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyunun 5-də günorta saatlarında Ələt-Astara magistralının 145-ci kilometrliyində - yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Yaqub Məmmədovun idarə etdiyi "Ford " markalı, 10 OE 794 dövlət nömrə nişanlı sərnişin daşıyan mikroavtobus Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirşamil Mürsəlovun idarə etdiyi "Oka" markalı, 15 BL 705 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, qəzaya düşən "Oka" markalı avtomobilin sürücüsü Mirşamil Mürsəlov Cəlilabad rayonundakı “20 Yanvar” Cəmiyyətinin sədridir.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
















