78 avtomobil bir-birinə girdi - VİDEO

Rusiyada 78 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az anspress-ə istinədən məlumat verir ki, hadisə Rusiyanın paytaxtı Moskva şəhərində, iri magistral yolda baş verib. Qəza nəticəsində ən azı dörd nəfər yaralanıb və onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib. Avtomobillərin əksəriyyəti deformasiyaya uğrayıb. Ancaq bəzi maşınlar var ki, onları uzun müddət təmir etdirmək lazım gələcək.
Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb havanın həddən artıq dumanlı olması olub. Görmə məsafəsinin çox aşağı olduğunu deyən sürücülərdən biri hadisə haqqında belə danışır: "Yolu görmək çox çətin idi. Mən saatda 40-la hərəkət edirdim. Ancaq qəflətən qarşımda bir maşın ordusu gördüm. Yol kəsilmişdi, avtomobillərin hərəsi bir yana uçmuşdu", - deyə hadisə şahidi söyləyib.
Qeyd edək ki, qəzaya səbəblərdən biri də yolun buz bağlaması olub. Asfalt qatının sürüşkən olması avtomobillərin idarəetməni itirməsinə səbəb olub. Bu isə sonda irimiqyaslı qəzanın yaranmasına gətirib çıxarıb.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












