Abşeronda avtomobillər toqquşdu, xəsarət alanlar var
Qəzalar
7 Sentyabr 2023 23:33
Oxunub 798

Abşeron rayonunun Novxanı kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Hyundai Tucson” və “Volkswagen Passat” markalı avromobillərin toqquşması nəticəsində 2 nəfər – “Hyundai Tucson”un sürücüsü Murad Səidli və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Hadisənin səbəbi araşdırılır. (report)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













