Ad günündən qayıdan qohumlar qəzaya düşdü: 2 ölü, 13 yaralı

Şamaxı rayonunda 2 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə sentyabrın 11-də gecə saatlarında Bakı-Şamaxı yolunun 136-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində qeydə alınıb. Şahidlərin sözlərinə görə, sərnişin avtobusu yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə Şamaxının Mədrəsə kənd sakinləri 2001-ci il təvəllüdlü Kikibadze Murad Bəxtiyar oğlu və 1979-cu il təvəllüdlü Bayramova Gülnar Əli qızı aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Avtobusun sərnişinlərindən 42 yaşlı Sxaidze Məhtəbə Məhəmməd qızı, 11 yaşlı Bayramova Aytac Süleddin qızı, 12 yaşlı Musayev Nəsib Elminaz oğlu, 46 yaşlı Mahmudova Səltənət Xalid qızı, 34 yaşlı Bayramova Humay Xaləddin qızı, 40 yaşlı Azayeva Nargilə Teymur qızı, həmyaşıdı Məcidova Almaz Şirin qızı, 9 yaşlı Məcidov Muxammed Osman oğlu, 2 yaşlı Bayramov Namiq Süleddin oğlu, 46 yaşlı Rəfiyeva Tamella Azay qızı, 32 yaşlı İbrahimova Əntiqə Məcid qızı, 46 yaşlı Azayeva Mədinə Teymur qızı, 39 yaşlı Məcidova Ruqiyə Zenit qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğu üçün Bakıdan Şamaxıya həkimlər gəlib.
Məlumata görə, ölən və yaralıların hamısı Şamaxının Mədrəsə kəndinin sakinləridir. Onların bəziləri vaxtilə Gürcüstandan köçürülən Mesxeti türkləridir. Bir-biri ilə qohum olan ailələr avtobusla ad günü mərasimindən qayıdırmış. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq məlum deyil. İlkin məlumata görə, sərnişin avtobusunun qarşısına minik maşını çıxaraq, qəza vəziyyəti yaradıb və avtobusun sürücüsü toqquşmadan qaçaraq idarəetməni itirib və maşını ağaca çırpıb. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












