Aeroport yolunda ağır qəza; Ölən və yaralananlar var - FOTO

Ötən gecə aeroport şossesində üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Piyada 1963-cü il təvəllüdlü Nəsibov Emin Əziz oğlu şossedə əks tərəfə keçmək istəyərkən onu “Range Rover” markalı avtomobil vurub.
Eyni istiqamətdə olan “Fiat” markalı nəqliyyat vasitəsi “Range Rover” markalı maşına çırpılıb. Qəza nəticəsində “Fiat” markalı maşında olan sərnişin 26 yaşlı Hacızadə Asim Natiq oğlu avtomobildən çıxaraq yola düşüb. Zərbənin təsirindən o, ölüb.
Qəza nəticəsində avtomobillərdə olan sərnişinlər Seymur Sultanov, Tamella Sultanova, Günay Yusifova və İlkin Novruzlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, qəza nəticəsində ağır xəsarət alan piyada E.Nəsibovun vəziyyəti ağırdır.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Bakıda qəza: "Changan" yük maşınına çırpıldı - VİDEO
Sabirabadda qəza: “Hyundai” ilə toqquşan yük maşını aşdı - VİDEO
Misirdə yol qəzası baş verib, azı 16 nəfər öldü
Çində gül-çiçəkli QƏZA
Prospektdə sərnişin avtobusu avtomobillə toqquşdu - VİDEO
Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun FOTOsu
Şirvanda qəza: “Mercedes”lə toqquşan “VAZ” aşdı - VİDEO
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza: Tıxacın uzunluğu Dərnəgülə çatır - VİDEO
Sərxoş və vəsiqəsiz sürücü qəzaya səbəb oldu: 4 yaralı, 8 800 manat cərimə
ANAMA-nın əməkdaşı yol qəzasında öldü - FOTO










