Ağdamda ağır qəza: 1 ölü, 6 yaralı - YENİLƏNİB

Ağdamda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. "VAZ 21099" və "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılara əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib. Daha sonra onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər. Yaralılardan biri Bərdə xəstəxanasında ölüb. Ağdam Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerndə ilkin araşdırma aparıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
***
Quzanlı qəsəbəsində “VAZ 21099” və “VAZ 21011” markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. İlkin məlumata görə, Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Sadıqov Hörmət Hüseyn oğlu idarə etdiyi 02 BL 821 nömrə nişanlı, “VAZ 21011” markalı minik maşını ilə dönmə hərəkətini düzgün yerinə yetirməyib. Həmin istiqamətdə hərəkət edən, Ağdam rayonunun Xındırıstan kənd sakini Elşən Qarayevin yüksək sürətlə idarə etdiyi 90 MB 974 nömrə nişanlı, “VAZ 21099” markalı maşın dönməkdə olan nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə rayon sakinləri Məmmədov Əhməd Qəni oğlu, Quliyev Elçin Mehdi oğlu, Qarayev Rəşad Kamil oğlu, Qarayev Elmir Bakir oğlu və adı müəyyən olunmayan başqa bir sərnişin, həmçinin hər iki avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Əhməd Qəni oğlu Məmmədov orada dünyasını dəyişib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












