Ağdamda avtomobil piyadanı vurub qaçdı

Ağdamda piyada avtomobil tərəfindən vurulub. Hadisə iyunun 18-dən 19-na keçən gecə saat 24 radələrində rayonun İmamqulubəyli kəndində baş verib. Yolu keçmək istəyən şəxsi yüksək sürətlə vuran sürücü yaralını köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçıb. Məlum olub ki, yerli sakinlər tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı İmamqulubəyli kənd sakini, 1955-ci il təvəllüdlü Gözəlov Bəyəndik Yəhya oğludur. Kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ciddi xəsarətlər alan B. Gözəlova ilkin tibbi yardım göstərildikdən sonra, o, Bərdə MRX-ya göndərilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Şahidlərin sözlərinə görə, hadisəni VAZ-2107 markalı minik maşını törədib. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












