Ağır yol qəzası: 1 ölü, 5 yaralı

Bakı-Qazax avtomobil magistralında ölümlə nəticələnən ağır yol qəzası baş verib. ANS press-in verdiyi məlumata görə, Göygöl rayonu ərazisində baş verən qəzada 5 nəfər yaralanıb. Belə ki, 59 yaşlı Gəncə şəhər sakini İlyas Qurbanovun idarə etdiyi "VAZ 2109" markalı avtomobil "Hyundai" markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü və sərnişinləri İlyas Qurbanov, Seymur Qurbanov, Rahilə Qurbanova, Pərvanə İsmayılova, Qəyxanım Mehdiyeva və Aysu Qurbanova yaralanıblar. Xəsərat alanlar dərhal Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. "VAZ 2109"un sürücüsü İlyas Qurbanovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












