Ağır zəncirvari yol qəzası - Yaralılar var

Mingəçevir şəhərində 3 maşının iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib, 4 nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Mingəçevir şəhərinin M.Fizuli və Ü.Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb. Şəhər sakini, 1975-ci il təvvəllüdlü Məmmədov Rafael Allahverdi oğlunun idarə etdiyi 45-BG-815 dövlət nömrə nişanlı “Hyundai İX-35” markalı minik maşını 1985-ci il təvəllüdlü Əzməmmədov Elvin Təbriz oğlunun idarə etdiyi 10-VN-846 dövlət nömrə nişanlı “VAZ 21012” markalı minik maşını və yoldan keçən 58-NA-028 markalı “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. “Hyundai İX-35” markalı avtomobil zərbənin təsiri səbəbindən yoldan çıxaraq kənardakı hasarı dağıdıb və fərdi yaşayış evinin həyətinə daxil olub.
Hadisə zamanı 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Sürücülər Rafael Məmmədov, Elvin Əzməmmədov və şəxsiyyəti hələ ki, müəyyən edilməyən iki yaralı şəxs Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












