Ailə ağır yol qəzasına düşdü: ölən var

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın Bakı şəhər Baş Polis İdarəsində istinadən verdiyi məlumata görə, fevralın 15-də saat 23 radələrində, E.Süleymanov küçəsində Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı və Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Arzuman Həsənzadənin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobilin sərnişinləri, sürücünün anası olan 1935-ci il təvəllüdlü Tavat Kərimova və sürücünün həyat yoldaşı, 1975-ci il təvəllüdlü Rübabə Mirzəliyeva xəstəxanaya yerləşdirilib. R.Mirzəliyeva ambulator yardım alaraq evə buraxılıb, T.Kərimova isə fevralın 16-da saat 10 radələrində xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Emin
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












