Aşmış avtomobildə ana və uşaqları boğularaq öldü - FOTO

Regional prokurorluğun məlumatına görə, sentyabrın 12-dən 13-nə keçən gecə Rusiyanın Omsk vilayətinin Bolşeukovski rayonunda küvetdə VAZ-2109 markalı avtomobil tapılıb. Kabinədə 26 yaşlı qadın və üç uşaq olub: 12 və 7 yaşlı iki oğlan və 9 aylıq qız. Onların hamısı ölü olub.
Yol polisi əməkdaşları müəyyən ediblər ki, sentyabrın 12-də saat 12 radələrində 26 yaşlı qadın sürücü Omsk vilayətinin Bolşeukovski rayonunun Pospelovo kəndinə gedən yolda avtomobili su ilə dolu küvetə sürüb. Avtomobil aşıb, orada olanların hamısı boğularaq ölüblər.
Qadının əri arvadı və uşaqlarının kartof qazmağa qohumlarının yanına getdiyini bildiyi üçün dərhal onları axtarmağa başlamayıb. Axtarışlara yalnız axşam saatlarında başlanılıb, lakin yolun kənarlarını kol-kos basdığı üçün avtomobil demək olar ki, görünməyib. Buna görə də qəzanın baş verdiyi yer yalnız gecə saatlarında əraziyə hərtərəfli baxış keçirərkən aşkar edilib.
Hazırda faciənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Ana və üç uşağının boğularaq öldüyü avtomobil
Qəzanın baş verdiyi yer
(oxu.az)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












