Ata ilə oğulun maşını toqquşdu - Ailə başçısı öldü - FOTO - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ucarda ata-oğulun avtomobillərinin toqquşması qəzasının təfərrüatını açıqlayıb.
BDYPİ-dən Avtosfer.az-a bildirilib ki, 27 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Ucar-Zərdab yolunun Qazyan kəndindən keçən hissəsində, 1956-cı il təvəllüdlü Əhədov Tahir Musa oğlu idarə etdiyi "VAZ-2107" markalı, 10-ME-212 dövlət qeydiyyat nişanlı avtomobillə 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq geriyə dönmə üçün nəzərdə tutulmayan yerdən yaşadığı Qazyan kəndinə dönmək istəyərkən, "VAZ-2107" markalı, 61-BA-157 dövlət qeydiyyat nişanlı maşınla onunla eyni istiqamətdə hərəkət edən oğlu - 1984-cü il təvəllüdlü Abdul Əhədovla toqquşub:
"Valideynin idarə etdiyi avtomobillə yolu nəzərdə tutulmayan yerdən dönməyə cəhd edərək yaratdığı çaşqınlıq, övladın isə nəqliyyatı idarəetmə zamanı diqqətsizliyi və qarşıda gedən avtomobillə yetərincə ara məsafəsi saxlamadığı üçün təhlükədən yayına bilməməsi nəticəsində, ailə başçısı Tahir Əhədov qəzada xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol-nəqliyyat hadisəsinin xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməyə, hərəkət zamanı diqqətli olmağa, qəfil baş verə biləcək təhlükələrdən yayınmaq üçün hərəkət zamanı qarşıda gedən nəqliyyat vasitələri ilə kifayət qədər ara məsafəsi saxlamağa çağırır".
"Unutmayaq ki, yol hərəkəti qaydalarını pozmaq, bəzən bərpası mümkün olmayan itkilərə yol açır!", - açıqlamada qeyd olunub.
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ












