Avtobus iki avtomobillə toqquşdu: 1 ölü, 4 yaralı

Kürdəmirdə bir avtobus və iki avtomobil toqquşub. Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Kürdəmir rayonu, Bakı-Qazax yolunun 195-ci kilometrliyində sahibləri məlum olmayan “Mercedes-Vita” markalı mikroavtobusla “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ" markalı minik avtomobilində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb, 1 nəfər sərnişin isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Xəsarət alanlar yanğınsöndürən-xilasedicilərin köməkliyi ilə təcili yardım avtomobilinə mindiriliblər. Yol kənarına düşmüş meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən götürülərək aidiyyəti qurumlara təhvil verilib. Hadisə ilə əlaqədar müfaviq qurumlar tərəfindən təhqiqat aparılır.
Elmin
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












