Avtobus "MAZ"a çırpıldı: yaralılar var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 92 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yol kənarında dayanmış "MAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Artıq yaralananların adları məlum olub. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Bunlar 21 yaşlı Məmmədova Zərifə Bəhlul qızı və 27 yaşlı Zeynalova Günay Bilal qızıdır. Hər iki yaralı Biləcəri dəmiryolu xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Polis İdarəsindən o da bildirildi ki, sərnişin avtobusunun sürücüsü yolun kənarında dayanan "MAZ" markalı yük avtomobilini görmədiyindən ona çırpılıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












