Avtobus piyadanı vurdu – VİDEO

Bakıda ötən gecə avtobus sürücüsü tərəfindən törədilən dəhşətli qəza ilə bağlı təfərrüatlar məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Sabunçu Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, dünən saat 22 radələrində 58 yaşlı Rasim Quliyev idarə etdiyi "Daewoo" markalı, 99 JA 309 dövlət nömrə nişanlı avtobusla yolu keçmək istəyən 44 yaşlı Reyhan Nurullayevanı vurub. Piyada aldığı xəsarətdən yerindəcə keçinib. Qəza avtobus yoldakı dairəyə yaxınlaşarkən baş verib. Qəzadan sonra piyada zərbədən bir neçə metr kənara, yol kənarına düşüb. Burada piyadanın günahı olub, o, qadağan olunmuş və təhlükəli ərazidə, özü də qaranlıq vaxtı yol keçib. Dəhşətlisi odur ki, dairənin bir addımlığında baş verən qəzada avtobusun yüksək sürətlə hərəkəti inkarolunmazdır. Əgər avtobus dairəyə yaxınlaşarkən əyləci basmış və ya sürətini azaltmış olsaydı, piyada zərbədən sonra yol kənarına düşməzdi. Çünki dairəyə daxil olan avtobus heç cür qadının canını tapşırdığı yerdən keçə bilməz. Keçirsə, bunun özü avtobus sürücüsünün kobud qayda pozuntusudur. Onu da əlavə edək ki, qəzanın baş verdiyi Yavər Əliyev küçəsi yaşayış məntəqəsindən keçir və orada avtomobillərin sürəti saat 60 kilometrdir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












