Avtobusun altında qalan qadının kimliyi bəlli oldu

Avtosfer.az xəbər verir ki, dünən axşam saatlarında sərnişin avtobusunun altında qalan piyadanın şəxsiyyəti məlum olub. Bakı şəhər BPİ-dən anspress-ə verilən məlumata görə, qəza nəticəsində ölən 1984-cü il təvəllüdlü Günel Kərəmovadır. Fevralın 3-də saat 20:30 radələrində, M.Nərimanov küçəsində Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Kamran Bəndəliyev idarə etdiyi 131 saylı xətt avtobusunda işləyən “Daewoo” markalı avtomobillə dayanacaqda dayanan 1984-cü il təvəllüdlü Günel Kərəmovanı vurub. Hadisə "Ulduz" metrosunu yaxınlığında baş verib. 131 saylı xətt üzrə hərəkət edən 10 TL 340 dövlət nömrə nişanlı "Daewoo" markalı avtobus səkiyə çıxarkən orada dayanan qadın təkərin altında qalıb. Ölümcül xəsarət alan qadını 3 saylı Kliniki Tibbi Mərkəzə Kamran adlı şəxs çatdırıb. Yaralı xəstəxanaya çatdırılarkən artıq dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib. Avtobusu idarə etdiyi ehtimal olunan Kamran adlı şəxs ifadəsinin alınması üçün polisə aparılıb.
Faktla bağlı Nərimanov RPİ İstintaq Şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












