Avtobusun yoldan çıxaraq aşmasına səbəb nə oldu? - YENİ TƏFƏRRÜATLAR - VİDEO

Dünənin ən ağır hadisələrindən biri də Bakı-Ələt yolunda 23 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası idi. Ancaq xoşbəxtlikdən həmin hadisə zamanı ölüm qeydə alınmadı. Bəs avtobusun yoldan çıxaraq aşmasına səbəb nə olub? Elə həmin vaxtı avtobusu idarə edən şəxs hadisə yerində bütün olanları danışıb.
Bakı-Ələt yolunda baş verən ağır avtobus qəzasının detalları üzə çıxıb. Həmin vaxtı içərisi sərnişinlə dolu aşan 164 saylı avtobusun sürücüsü hadisə ilə bağlı danışıb. Sürücü Razim Məmmədov iddia edir ki, hadisəyə səbəb piyadaların qəfil onun qarşısına çıxması olub.
Yol kənarına sürüşən avtobus aşıb və nəticədə 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xoşbəxtlikdən hadisə zamanı ölüm qeydə alınmayıb.
Xəsarət alan 23 nəfərin 18-i dünən evə buraxılıb. 5 nəfərin isə müalicəsi davam etdirilir. 164 saylı marşurut xəttinin müvəqqəti aid olduğu daşıyıcı şirkətin rəsmisi bildirir ki, qəzada xəsarət alanların zərərlərini sığorta şirkəti qarşılayacaq.
Yaralıların vəziyyətinə gəldikdə isə TƏBİB-in şöbə müdiri Zamirə Ədilovə bildirib ki, qurumun tabeliyindəki tibb müəssisələrində 5 nəfərin müalicəsinə davam edilir.
Qeyd edək ki,hadisə Baki-Qazax yolunun 26-cı km-də qeydə alınıb.
Rusiyada avtobus qəzası: 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ağır qəza: Ölən və yaralılar var - FOTOLAR - YENİLƏNİB
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB










