Avtomobilin qatar yoluna aşması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

"Paytaxtın Hövsan-Suraxanı yolunun Dәdә Qorqud qәsəbəsindən keçən hissəsində baş verən hadisə zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib".
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib.
O qeyd edib ki, hadisə bu gün səhər saat 07:00-da Pirşağı-Mehdiabad yolunda baş verib.
"Belə ki, "KIA Rio" markalı 99-OU-215 nömrə nişanlı avtomobilin sürücüsü Mürsəl Əliyev sükan arxasında idarəetməni itirərək nəqliyyat vasitəsini dəmiryol xəttinin hasarına çırpıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır", - deyə R. Tağıyev bildirib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən isə Oxu.Az-a bildirilib ki, Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmiryol xəttinin üzərinə aşıb:
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halları baş verməyib. Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır".
***
12:52
Bakının Sabunçu rayonunda Pirşağı stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunur ki, avtomobil əvvəlcə dəmiryolu reyslərinə çırpılıb, sonra isə qatar yoluna aşıb.
Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.
Videonu təqdim edirik:
(oxu.az)
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO












