Avtomobillə polisin üzərindən keçdi - ASTARADA

Azərbaycanın Astara rayonunda polis əməkdaşı və vətəndaş arasında münaqişə baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 30-da saat 12 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “Kia” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb edib.
Tabeçilik göstərməyən S.Əliyev avtomobili hərəkətə gətirib A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra düşərək hadisə yerini tərk edib.
A.Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












