«Avtoş» taksi sürücüsü jurnalistin maşınını vurub qaçdı - VİDEO

BakınınXətairayonundayolnəqliyyathadisəsibaş verib. “Yeni Müsavat” qəzetini reportyoru Fərahim İlqaroğlu idarə etdiyi avtomobillə qəzaya uğrayıb. Babək prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkət edən F.İlqaroğlunun idarə etdiyi “99 FJ 293” dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı avtomobili, həmin istiqamətdə sürətlə hərəkət edən “90 SP 847” nömrəli “Hundai Elentra” vuraraq qaçıb. Qəzada xəsarət alan olmasa da, jurnalistin maşınına ziyan dəyib. Jurnalist dərhal hadisə barədə polisə məlumat verib. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları qəza törədərək qaçan sürücünün müəyyən olunması üçün F.İlqaroğlunu aprelin 24-də Xətai Rayon Yol Polisi Şöbəsinə dəvət ediblər. Jurnalistin avtomobilində olan videoqeydiyyatçı qəza törədərək hadisə yerindən qaçan maşını qeydə alıb. Həmin görüntüləri təqdim edirik. Açıq-aydın görünür ki, üzərində taksi nişanı olan «Hundai» markalı nəqliyyat vasitəsi sürətlə hərəkət edir və başqa bir avtomobillə yarışır. Üstəlik, o, qayda pozaraq sağdan sola ötmə əməliyyatı aparmağa çalışır ki, bu da uğursuz nəticələnir və qaza baş verir. Ümumiyyətlə, son vaxtlar avtomobilin üzərinə taksi nişanı qoyub «avtoş»luq edənlərin sayı artıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












