Avtovağzaldakı dəhşətli qəzanın görüntüləri - VİDEO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində, avtovağzal dairəsi yaxınlığında 6 nəqliyat vasitəsinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. ANS-in məlumatına görə, dairəvi yoldan əsas yola çıxan zaman hərəkətdə olan qaldırıcı kran idarəetmənin itirilməsi nəticəsində beş minik maşınının üzərinə aşıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, “ZİL” markalı qaldırıcı kranın əyləc sisteminin işləməməsi sürcüyə baha başa gəlib. Belə ki, idarəetməni itirən sürücü qarşıda gələn beş minik avtomobili ilə toqquşub. Nəticədə xəsarət alanlar var. Qəza zamanı iki “Merecedes”, bir “Toyota”, bir “VAZ 2107” markalı avtomobil və bir rayonlarası sərnişin avtobusu əzilib. Nəticədə 4 nəfər xəsarətlə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti qənaətbəxş hesab olunur. Yol Patrul Xidmətinin və rayon polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb edilib. Müəyyən olunub ki, qaldırıcı kran nasaz vəziyyətdə imiş. Qaldırıcı kranın yoldan uzaqlaşdırmaq üçün əraziyə ağır texnika cəlb edilib, bu da yolda tıxac yaradıb. Yol qəzası ilə bağlı araşdırmalara başlanılıb.
Hadisəyə hüququ qiymət yaxınlıqdakı müşahidə kameralarının lentdə aldığı görüntülərə baxıldıqdan sonra qiymət veriləcək.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












